Rusiyanın hücumlarından qaçan 4000-dən çox ukraynalı Moldovaya sığınıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir kİ, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra ölkədən qaçan minlərlə Ukrayna vətəndaşının Moldovaya sığındığı bildirilib.

Moldova prezidenti Maia Sandu Twitter hesabında 4000-dən çox ukraynalının ölkəyə keçdiyini bildirib.

Palanka və Oknita şəhərlərində immiqrantlar üçün müvəqqəti məskunlaşma mərkəzlərinin yaradıldığını bildirən Sandu, Moldova sərhədlərinin tranzit və ya qalmaq istəyən Ukrayna vətəndaşları üçün açıq olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31