Ukraynalı cütlük nikah kəsdirib cəbhəyə yollandı
25 Fevral 2022 12:57 DünyaUkraynada yaşayan cütlük Rusiyanın Ukraynaya hücumundan sonra may ayına planlaşdırılan nikah gününü qabağa salıblar.Kiyevdə həyəcan siqnallarının sədaları altında kilsəyə gedən 21 yaşlı Yarina Ariyeva və 24 yaşlı Sviatoslav Fursin nikah kəsdiriblər.Ölkədən ayrılmağı düşünmədiklərini deyən cütlük nikah kəsdirdikdən sonra könüllü olaraq cəbhəyə yola düşüblər."Torpağımız uğrunda vuruşacağıq. Ölə bilərik, ona görə də bundan əvvəl evlənmək istədik", - deyə Ariyeva deyib.Gənclər bildiriblər ki, onlara hansı vəzifənin həvalə olunacağını bilmirlər: "Bəlkə bizə zireh verəcəklər, döyüşəcəyik, bəlkə də başqa şeydə köməyimiz dəyəcək".Gənc cütlüyün bu addımı dünya mediasında gündəm olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31