“Ən ağır gün bu gün olacaq"-Ukrayna DİN
25 Fevral 2022 11:17 Dünya"Ən ağır gün bu gün olacaq. Düşmənin planı İvankov və Çerniqov tərəfdən tank kolonları ilə Kiyevə hücum etməkdir".
Azpost.info xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Geraşenko Kiyevin müdafiəçilərinin tank hücumlarına hazır olduğunu bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, hərbçilər düşmənin çoxlu sayda zirehli texnikasının irəlilədiyi Dimer və İvankov yaşayış məntəqələri ərazilərində döyüşürlər. Ukrayna Silahlı Qüvvələri İvankovo yaxınlığında düşmən qüvvələrini dayandırıb, Teterov çayının üzərindəki körpü dağıdılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31