"Rusiyanın bir nömrəli hədəfiyəm, ailəmi və məni öldürmək istəyirlər" - Zelenski

"Rusiya Federasiyasının Silahlı Qüvvələrinin xüsusi təyinatlı və diversiya qrupları artıq Kiyevə daxil olublar. Düşmən şəhərdədir".

Ukrayna Prezidenti Volodimir Zelenski bu gecə xalqa müraciətində belə deyib.

Ukrayna mediası  bildirir ki, dövlət başçısı vətəndaşlardan, xüsusilə də paytaxt sakinlərindən xüsusilə diqqətli olmağı xahiş edib: "Kiyev sakinlərindən xahiş edirəm: diqqətli olun, komendant saatının qaydalarına riayət edin. Mərkəzi hakimiyyətin fəaliyyəti üçün gərəkli olan hər kəslə birlikdə buradayam. Ailə də xəyanətkarlar yox, Ukrayna vətəndaşlarıdır. Ailəm Ukraynadadır. Amma indi ailə üzvlərimin harada olduğunu deyə bilmərəm, hüququm yoxdur. Bizdə olan informasiyalara görə, düşmən məni bir nömrəli hədəf seçib. Ailəm isə iki nömrəli hədəfdir. Onlar dövlət başçısını qətlə yetirərək Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər".

V.Zelenski daha sonra bildirib ki, dünənki hərbi əməliyyatlarda 137 ukraynalı həlak olub. Onların 10 nəfəri zabitlərdir. 316 nəfər yaralanıb.

"Zmeinıy adasında sonadək döyüşən sərhədçilərimizin hamısı həlak oldular. Amma geri çəkilmədilər. Onların hamısına ölümlərindən sonra Ukrayna Qəhrəmanı adı veriləcək", - V.Zelenski deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31