Rusiya qoşunları Ukraynanın Xerson şəhərinə girdi

Krım yarımadasından Ukrayna ərazisinə daxil olan Rusiya hərbçiləri Xerson şəhərinə girib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov cümə axşamı keçirdiyi brifinqdə bildirib.

"Krım istiqamətində reyd dəstələrinin və hava-desant qoşunlarının birgə istifadəsi rus qoşunlarının Xerson şəhərinə çıxışını təmin edib", - Konaşenkov deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyektini sıradan çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31