Rusiya səfiri Britaniya XİN-ə çağırıldı
24 Fevral 2022 21:04 DünyaRusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Olaylar.az xəbər verir ki, Rusiyanın Britaniyadakı səfiri Andrey Kelindən izahat tələb olunub.
"Rusiya səfirini mənimlə görüşmək və Rusiyanın Ukraynaya qanunsuz, əsassız işğalını izah etmək üçün çağırdım. Biz ciddi sanksiyalar tətbiq edəcəyik və digər ölkələrlə birgə Ukraynaya dəstək olacağıq", - deyə Britaniya XİN rəhbəri Liz Trass qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31