Rusiyada müharibə əleyhinə aksiyalar keçirilir - FOTOLAR

Rusiyada rus qoşunlarının Ukraynaya müdaxiləsinə qarşı piketlər keçirilir.

Olaylar.az Rusiya mediasına istinadən xəbər verir ki, müxalif siyasətçilər, mədəniyyət xadimləri, elm adamları və jurnalistlər təcavüzə dərhal son qoymağa çağırırlar.

Müharibə əleyhinə piketlərdə ilk olaraq Sibir şəhərlərinin sakinləri iştirak ediblər. Onların çoxu polis tərəfindən saxlanılıb.

Aksiyalar Sankt-Peterburq, Omsk, İrkutsk şəhərlərində də keçirilib. Sankt-Peterburqda 5 nəfər saxlanılıb.

Rusiyada müharibə əleyhinə aksiyalar keçirilir


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31