Rusiya Çernobıl AES-i ələ keçirməyə çalışır - Zelenski
24 Fevral 2022 19:14 DünyaRusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında yazıb.
"Rusiya işğalçı qüvvələri Çernobıl AES-i ələ keçirməyə çalışır. Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm. Bu, bütün Avropaya qarşı müharibə elanıdır", - deyə Zelenski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31