Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir
24 Fevral 2022 19:03 DünyaRusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb.
Olaylar.az xəbər verir ki, Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər.
Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb.
Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.
Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələr axışıblar.
Üç nəfər saxlanılıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31