Qara dənizdə Türkiyə yük gəmisi bomba ilə vuruldu - FOTO
24 Fevral 2022 18:49 DünyaQara dənizdə Marşal adaları bayrağı altında üzən türk gəmisinə bomba atıldığı bildirilib.
Olaylar.az bildirir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, gəmi Odessadan Rumıniyaya doğru hərəkət edirmiş.
Bombanın düşməsi nəticəsində gəminin anbarı zədələnib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Bölgədən uzaqlaşan gəmi Rumıniya istiqamətində yoluna davam edib.
Gəmidə 8 türk, 11 filippin və 11 ukraynalının olduğu bildirilir.
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31