Volodimir Zelenski dünya liderləri ilə koalisiyanın yaradılmasını müzakirə etdi
24 Fevral 2022 18:35 DünyaUkrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə Rusiyanın işğalına qarşı koalisiyanın yaradılmasını müzakirə edib.
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski "Twitter"də yazıb.
"Biz anti-Putin koalisiyasını qururuq. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriyanın kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında müzakirələr aparmışam".
"Biz qətiyyətli addım gözləyirik", - dövlət başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31