Ukrayna Baş Qərargahı: “Qara dəniz bölgəsində “Bayraktar”dan istifadə edirik”
24 Fevral 2022 18:12 Dünya"Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri "Bayraktar" PUA-sından istifadə edir".
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Rudnya (Belarus) - Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib.
Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib.
Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb.
Vışqorod səmasında KA-52 helikopteri vurulub.
Geniçesk, Skadovsk, Çaplinka şəhərləri yaxınlığında döyüşlər gedir. Birlikdə qazanacağıq!", - məlumatda qeyd olunub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31