“Bu, Rusiyaya baha başa gələcək” - NATO-nun Baş katibi
24 Fevral 2022 16:09 Dünya"Bu, Rusiyaya baha başa gələcək".
Olaylar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yents Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
"NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik", - deyə o bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31