Ukrayna hərbçiləri silahı yerə qoymur, atışmalar davam edir- DXR

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, DXR-in xalq milisləri rəhbərinin müavini Eduard Basurin təmas xəttində atışmaların intensivliyinin artdığını, Ukrayna hərbçilərinin silahlarını yerə qoymadığını bildirib.

Bu barədə  Basurin fevralın 24-də "Rossiya 24" (Rossiya 24) telekanalına müsahibəsində danışıb.

"Ukrayna daxilində nə baş verdiyini deyə bilmərəm, lakin sizə təmas xətti haqqında danışacağam. Ukrayna hərbçiləri tərəfindən atışmaların intensivliyi getdikcə artır , hazırda onlar öz mövqelərini əllərindən buraxmır. Hərbi qruplaşma çox böyük olduğundan vəziyyət çox mürəkkəbdir"-deyə o söyləyib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər televiziya ilə çıxışında bildirib ki, Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq, "sui-istifadə və zorakılıqdan əziyyət çəkən insanları qorumaq üçün xüsusi hərbi əməliyyat keçirmək qərarına gəlib. Rusiya lideri vurğulayıb ki, Moskvanın Ukrayna ərazilərini işğal etmək planı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31