Zelenski: O, ölkəmizi, bizim qurduğumuz hər şeyi məhv etmək istəyir
24 Fevral 2022 13:21 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyə dəvət edib. "O, ölkəmizi, bizim qurduğumuz hər şeyi məhv etmək istəyir", - Zelenski Putin haqqında deyib.
Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə paylaşdığı videomüraciətdə ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Boris Conson və Avropa Şurasının sədri Çarlz Mişellə telefonla danışdığını və onların Putin əleyhinə koalisiya yaratmağa başladığını qeyd edib.
Putinin Ukraynaya və bütün demokratik dünyaya müharibə elan etdiyini vurğulayan Zlenski, "Ölkəmizi və qurduğumuz hər şeyi məhv etmək istəyir" -fikrini söyləyib.
Dünya liderlərini Putinə qarşı bütün mümkün sanksiyaları həyata keçirməyə, ölkəsinə hərbi yardım göstərməyə və Ukrayna hava məkanını Rusiyaya bağlamağa çağırdığını ifadə edən Zelenski, "Birlikdə Ukraynanı xilas etməliyik" deyib.
Orduya dəstək olmaq üçün hər şeyi etdiklərini bildirən Zelenski ictimaiyyəti panikaya düşməməyə çağırıb.
Zelenski "Birlikdə Ukraynanı, demokratik dünyanı xilas etməliyik. Biz xilas edəcəyik" deyə əlavə edib.