Bayden “Şimal axını-2”nin operator-şirkətinə qarşı sanksiyalar tətbiq etməyi tapşırıb
23 Fevral 2022 23:44 DünyaABŞ prezidenti Cozef Bayden administrasiyasına "Şimal axını 2" qaz kəmərinin operatoru olan "Nord Stream 2 AG" və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyi tapşırıb.
Olaylar.az bildirir ki, bu barədə C.Baydenin Ağ Ev tərəfindən yayımlanan yazılı bəyanatında deyilir.
"Bu gün mən öz administrasiyasıma göstəriş verdim ki, "Nord Stream 2 AG" və bu təşkilatın vəzifəlilərinə qarşı sanksiyalar tətbiq edilsin", - deyə bəyanatda bildirilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31