Avropada təbii qazın qiyməti kəskin bahalaşdı
23 Fevral 2022 23:39 DünyaAvropada təbii qazın qiyməti hər min kubmetr üçün 1000 dolları keçib.
Olaylar.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, son fyuçerslər əvvəlki hesablaşma qiymətindən 9,6% artaraq 1,021,8 dollara satılıb.
Qeyd olunur ki, qiymət artımının səbəbi Asiyada mayeləşdirilmiş təbii qaza (LNG) yüksək tələbat, əsas təchizatçılardan tədarükün məhdudluğu, 2021-ci ildə uzun soyuq qış və isti yaydan sonra Avropanın yeraltı anbarının aşağı doluluq səviyyəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31