Avropa İttifaqı Dövlət Dumasının 351 deputatına qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı Rusiya Federasiyası Dövlət Dumasının Rusiya Prezidenti Vladimir Putinə qondarma "DXR" və "LXR"ni tanınması üçün müraciətin lehinə səs verən 351 deputata, həmçinin digər 27 yüksək vəzifəli şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.

Olaylar.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Məhdudlaşdırıcı tədbirlərə aktivlərin dondurulması və siyahıya alınmış fiziki və hüquqi şəxslərə vəsaitlərin verilməsinə qadağa, həmçinin Aİ ərazisindən səyahət və tranzit qadağası daxildir.

Eyni zamanda Aİ Rusiyanın maliyyə bazarlarına və kapitalına çıxışını məhdudlaşdırmaq üçün də sanksiyalar tətbiq edib. Söhbət "Rusiya Federasiyasının, onun rəhbərliyinin və Mərkəzi Bankın maliyyələşdirilməsinə sektoral qadağadan" gedir.

Beləliklə, məhdudlaşdırıcı tədbirlər 555 fiziki şəxs və 52 təşkilatı əhatə edir.

Sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31