BMT-nin baş katibi Rusiyanın daimi nümayəndəsi ilə əlaqə saxlayıb
23 Fevral 2022 22:22 DünyaFevralın 22-də BMT-nin baş katibi Antoniu Quterreş Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya ilə söhbət edib.
Olaylar.az "TASS"a istinadən verdiyi məlumata görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
"Baş katib ilə cənab Nebenzya arasında dünən təmas olub", - deyə S.Cüjarrik bildirib.
BMT baş katibinin ofisindən həmçinin bildirilib ki, Ukraynanın şərqində təmas xəttinin hər iki tərəfində humanitar vəziyyət dəhşətlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31