İtaliya Ukraynaya 110 milyon avro yardım ayıracaq

İtaliya hökuməti Ukraynaya 110 milyon avro maliyyə yardımı ayıracaq.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio bildirib.

Nazirin sözlərinə görə, vəsait Ukrayna hökuməti ilə razılaşdırılacaq sahələrdə əhalinin və iqtisadiyyatın dəstəklənməsinə yönəldiləcək. Bu gün Britaniya hökuməti də Ukraynaya yeni iqtisadi dəstək paketi elan edib. Dəstək paketi çərçivəsində London Kiyevə 500 milyon dollar kredit ayıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31