Gürcüstanın keçmiş müdafiə naziri prezidentin müşaviri təyin edildi

Eduard Şevardnadzenin prezident olduğu illərdə Gürcüstanın Müdafiə Nazirliyinə rəhbərlik etmiş David Tevzadze dövlət başçısının strateji planlaşdırma üzrə baş müşaviri təyin edilib.

Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Gürcüstanın prezident administrasiyasının mətbuat xidmətindən bildirilib. 
"Bəli, təsdiq edirəm ki, o Gürcüstan prezidentinin strateji planlaşdırma üzrə baş müşaviri təyin edilib. O, artıq öz vəzifəsinin icrasına başlayıb", - mətbuat xidmətinin əməkdaşı deyib. 

Qeyd edək ki, Tevzadze 1998-ci ildə respublikanın müdafiə naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı təyin edilib. O, bu vəzifəni 2004-cü ilə qədər tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31