Kiyev Rusiya və Belarusla sərhədləri bağlamağa hazırlaşır
23 Fevral 2022 19:17 DünyaUkrayna Ali Radasına Ukraynanın Rusiya və Belarusla sərhədinin bağlanması haqqında qanun layihəsi daxil olub.
Olaylar.az Ukrayna parlamentinin saytına istinadla xəbər verir ki, bunun təşəbbüskarı fraksiya olmayan deputat Oksana Savçuk olub.
Təşəbbüs Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin elan edilməsini və Rusiya ilə nəqliyyat əlaqələrinin dayandırılmasını da nəzərdə tutur. "Bu layihənin qəbul edilməsində məqsəd və vəzifələr Ukraynanın milli maraqlarını, Ukrayna dövlətinin ərazi bütövlüyünü və suverenliyini qorumaqdır", - izahatda deyilir.
Rada artıq qanun layihəsini qeydə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31