Rusiyada COVID-dən ölənlərin sayı 347 815 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 137 142 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Olaylar.az xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 15 795 570 nəfərə çatıb.

Son sutka ərzində 785 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 347 815 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31