Ukrayna 351 rusiyalıya sanksiya tətbiq edib
23 Fevral 2022 15:34 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Ukrayna parlamenti deputatları da daxil olmaqla 351 rusiyalıya qarşı sanksiyaların tətbiqini təsdiqləyib.
Ukrayna parlamentinin qəbul etdiyi sanksiya qərarı ölkənin şərqində separatçıların nəzarətində olan bölgələrin müstəqilliyini tanıyan rusiyalı deputatlar da daxil olmaqla 351 nəfərə qarşı qəbul edilib.
Sanksiyalar sözügedən şəxslərin bütün mümkün fəaliyyətlərini, o cümlədən onların Ukraynaya girişini məhdudlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31