Özbəkistan Qazaxıstana nota verib
23 Fevral 2022 14:50 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Yusuf Kabulcanov məlumat verib.
Bildirilib ki, buna səbəb yanvar ayında Qazaxıstanda baş verən iğtişaşlarda Özbəkistan vətəndaşlarının həbs olunmasıdır.
Y.Kabulcanov bildirib ki, həmin şəxslərin harada saxlanıldığı, həbs olunmasının səbəbləri barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən məlumat verməsi tələb olunub.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın ombudsmanı Elvira Azimova ölkədəki hadisələrlə bağlı 14 Özbəkistan vətəndaşının saxlanıldığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31