Mədən çökdü: 7 ölü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiyanın Oromiya əyalətində qızıl mədəninin çökməsi nəticəsində 7 nəfər ölüb. Məlumata əsasən, Oromiyanın Şərqi Beyl bölgəsində mədən işlərini əl ilə həyata keçirən 7 nəfər mədənin çökməsi nəticəsində ölüb, 11 nəfər isə yaralanıb. Eastern Bale rəhbərliyi mədənçilərin ekspert yardımı olmadan axtarış apardığını açıqlayıb. Qızılın əhəmiyyətli bir ixrac mənbəyi olduğu Efiopiyada insanlar irili-xırdalı bir çox mədənlərdə ənənəvi üsullarla mədən işlərini davam etdirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31