Rusiya-Ukrayna böhranında son dəqiqə
23 Fevral 2022 13:40 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri Putinin Donetsk və Luqanskı tanımaq qərarından sonra gərginlik pik həddə çatıb.
Ukrayna ilə Rusiya arasında 2014-cü ildə başlayan gərginlik bu gündən etibarən müharibə vəziyyətinə gəlib.Rusiya prezidenti Vladimir Putin dünən axşam verdiyi açıqlamada separatçı Donetsk və Luqansk vilayətlərinin tanınmasına qərar verib. Müasir Ukraynanın Rusiyanın dəstəyi ilə qurulduğunu iddia edən Putin, Ukraynanın şərqindəki Donbass bölgəsinin Rusiya ərazisi olduğunu iddia edib.
Putinin NATO və Qərbi də hədəf aldığı görüşdən sonra ABŞ başda olmaqla bir çox ölkədən açıqlamalar gəlib.
Türkiyə də daxil olmaqla ölkələr Rusiyanın "Donetsk və Luqanskı tanımaq" qərarının qəbuledilməz olduğunu, Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəklərini bildiriblər.
Bütün bunlar davam edərkən Putin rus qoşunlarının sərhədi keçərək Ukraynaya daxil olması barədə əmr verdi. Bildirilib ki, rus qoşunları separatçıların əlində olan Donetsk və Luqanska daxil olub. Ancaq hələlik mövzu ilə bağlı rəsmi açıqlama yoxdur.