Helikopter qəzaya uğradı: 4 nəfər öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABş-ın  Havay adalarında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.Nəticədə 4 nəfər həlak olub.

"Sikorsky S61N helikopteri, ştatın Kauai ərazisində hərbi dəniz bazası olan obyektin şimal tərəfində  təlim zamanı qəzaya uğrayıb", - ABŞ-ın Sakit Okean raket qurğusundan verilən açıqlamada deyilir.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın baş vermə  səbəblərini müəyyənləşdirmək  üçün araşdırmalar aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31