Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarına dərhal Rusiyanı tərk etməyi tövsiyə edib
23 Fevral 2022 13:12 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasında olan vətəndaşlarına dərhal onun ərazisini tərk etməyi, həmçinin Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.
Bu barədə məlumat fevralın 23-də Ukrayna Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
"Rusiyanın Ukraynaya qarşı təcavüzünün güclənməsi ilə əlaqədar olaraq, Rusiya Federasiyası ərazisində konsulluq yardımının göstərilməsi imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına gətirib çıxara bilər, Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarına Rusiya Federasiyasının ərazisində konsulluq yardımı göstərməkdən çəkinməyi tövsiyə edir. Rusiya Federasiyasına hər hansı səfərlər və bu ölkədə olanlar onun ərazisini dərhal tərk etməlidirlər", - məlumatda deyilir.