Çindən “Rusiya” açıqlaması: Biz hər cür sanksiyaların əleyhinəyik

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Çin Xarici İşlər Nazirliyi Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanımasından sonra bu ölkəyə qarşı tətbiq olunacaq sanksiyalarla bağlı açıqlama verib.

Çin Rusiyaya qarşı sanksiyaların problemləri həll etməyəcəyini və hər cür sanksiyalara tərəfsiz olduqlarını bəyan edib.

Nazirliyin sözçüsü Hua Chunying, sanksiyaları problemlərin həllinin ən yaxşı yolu kimi heç vaxt düşünmədiklərini söyləyib.

Çunyinq deyib ki, Çin maraqlı tərəflərin problemlərini dialoq yolu ilə həll etməyə çalışacaqlarına, sakitliyə və ehtiyatlı davranacaqlarına ümid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31