Qazaxıstanda An-2 təyyarəsi qəzaya uğrayıb
23 Fevral 2022 12:59 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın Aralsk şəhəri yaxınlığında özəl aviaşirkətə məxsus An-2 təyyarəsi eniş zamanı yanıb, ölən və xəsarət alan olmayıb.
Bu barədə fevralın 23-də Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün saat 12:30-da Aralskdan 10 km cənubda eniş edərkən "Taraz Jana Alem" özəl aviaşirkətinin An-2 təyyarəsi yanıb. Təyyarə Qızılordada təcili yardım uçuşu həyata keçirirdi. Təyyarədə iki ekipaj üzvü və bir sərnişin olub. Ölən və ya xəsarət alan olmayıb", - məlumatda deyilir.
Faktla bağlı Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin xüsusi şöbəsi araşdırmalar aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31