Donbasın 96 mindən çox sakini Rusiya sərhədini keçib: Çupriyayan

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, təxliyə barəsində qərar  elan edildikdən sonra DXR və LPR-nin 96 mindən çox sakini Rusiyaya gəlib. 

Bu barədə fevralın 23-də Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan bildirib.

"Moskva vaxtı ilə saat 06:00-da Rusiya sərhədini 96 mindən çox insan keçib"-deyə o söyləyib. Nazir vəzifəsini icra edənin sözlərinə görə, hazırda Rusiya Federasiyasının 12 regionunda onlar üçün 230 müvəqqəti yerləşdirmə mərkəzi fəaliyyət göstərir.

Rusiyaya təxliyə edilən 800-dən çox Donbas sakini tibbi yardım üçün müraciət edib, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən bildirib.

"800-dən çox insan tibbi yardım üçün müraciət edib. Onlardan 76-sı xəstəxanaya yerləşdirilib, o cümlədən 34 uşaq", - o, bunu "Vahid Rusiya" partiyasının regional bölmələri ilə görüşdə deyib.

O qeyd edib ki, Donbasda vəziyyətin mürəkkəbləşməsi halında təxliyə edilənlərin sayı 500 min nəfərə çata bilər. Rusiyanın 70-dən çox regionu Donbasdan təxliyə edilənləri qəbul etməyə hazırdır, hazırda 48 subyektlə iş gedir, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31