“Mən demədim ki, qoşunlarımız elə indi Donbassa gedəcək” - Vladimir Putin
22 Fevral 2022 23:00 Dünya"Mən demədim ki, rus qoşunları elə indi Donbassa gedəcək".
Olaylar.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
"Birincisi, mən sizinlə burada görüşümüzdən sonra qoşunların ora gedəcəyini demədim. İkincisi, mümkün hərəkətlərin konkret konturunu proqnozlaşdırmaq ümumiyyətlə mümkün deyil, bu, konkret olaraq inkişaf edən situasiyadan asılıdır", - Putin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31