Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfərini yarımçıq saxladı – NATO sammitinə qatılır
22 Fevral 2022 19:52 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılacaq.
Olaylar.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri buna görə Qvineya-Bisauya səfərini təxirə salıb.
Qeyd edək ki, Prezident Ərdoğan 20-22 fevral tarixlərində Konqo Demokratik Respublikasına, Seneqala səfər edib. O, bundan sonra Qvineya-Bisauya səfər etməli idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31