“Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsini istəmirik” – Putinin mətbuat katibi

Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin ölkələr arasında diplomatik münasibətlərin kəsilməsi ehtimalı ilə bağlı bəyanatına münasibət bildirib.

Olaylar.azxarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Kiyevlə diplomatik təmaslarda maraqlı olduğunu deyib: "Rusiya tərəfi bütün səviyyələrdə diplomatik təmaslar üçün açıqdır. Və bu təmaslarda maraqlıdır".

Peskov bildirib ki, Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi çox arzuolunmazdır. "Diplomatik münasibətlərin kəsilməsi son dərəcə arzuolunmaz ssenari olardı ki, bu da yəqin ki, hər şeyi daha da çətinləşdirəcək. Ən əsası da təkcə dövlətlər üçün deyil, həm də iki ölkənin xalqları üçün".

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik münasibətləri pozmaq barədə düşünmədiklərini bəyan edib. "Biz belə bir qərar barədə düşünməmişik. Bu, bizim seçimimiz deyil", - Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31