Hollandiyanın baş naziri: Putin paranoyakdır
22 Fevral 2022 15:09 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın baş naziri Mark Rutte Rusiya prezidenti Vladimir Putini tamamilə paranoyak adlandırıb.
Hollandiyanın baş naziri Mark Ruttefevralın 22-də iştirak etdiyi televiziya proqramında Putinin Rusiya Silahlı Qüvvələrinə verilən qondarma Donetsk Xalq Respublikası və qondarma Luqansk Xalq Respublikasının sülhünü qorumaq əmrinə reaksiya verib.
Putinin göstərişinin müharibəyə doğru ilk addım olub-olmaması ilə bağlı şərh verməkdən çəkinən Rutte bunun üçün hələ tez olduğunu bildirib.
Hollandiyanın baş naziri deyib: "Bu adam paranoyakdır. O, Kiyevdəki hökuməti diktatura kimi göstərir, baxmayaraq ki, bu, demokratik yolla seçilmiş hökumət və mətbuat azadlığı ilə kifayət qədər fəaliyyət göstərən bir ölkədir. Halbuki Rusiyada mətbuat azadlığı və insan azadlığı yoxdur"
Hadisələri izləmək üçün proqramı yarı yolda tərk edən Rutte, Ukraynaya işğal olunacağı təqdirdə Putin və tərəfdarlarına qarşı ağır sanksiya paketinin tətbiq edilməsi lazım olduğunu bildirib.