Dövlət Duması Jirinovskinin vəziyyətindən danışıb
22 Fevral 2022 15:08 Dünya"Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski sağalır, lakin o, hələlik Dövlət Dumasının iclasında iştirak edə bilmir".
Olaylar.az xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Bu gün Vladimir Volfoviç Jirinovski aramızda yoxdur. Dünən onunla danışdım, daha yaxşıdı, bu gün həqiqətən danışmaq istəyirdi, amma həkimlər onu buraxmırlar. Ümid edirəm ki, biz onu artıq mart görüşləri zamanı zalda görəcəyik" - deyə, Volodin Dövlət Dumasının plenar iclasında bildirib.
Qeyd edək ki, günün əvvəlində Gennadi Zyuqanov da Jirinovskinin yaxşılaşdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31