ATƏT Rusiyanı "tanıma qərarı"nı ləğv etməyə çağırdı
22 Fevral 2022 14:11 DünyaATƏT-in hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, ATƏT-in baş katibi Helqa Şmid və ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montella Rusiyanı qondarma "DXR" və "LXR"i tanıması qərarını ləğv etməyə çağırır.
Olaylar.az bildirir ki, bu barədə ATƏT-in bəyanatında deyilir.
Bəyanatda Rusiyanın bu addımı qəti şəkildə pislənilir.
"Bu addım beynəlxalq hüququn, ATƏT-in fundamental prinsiplərinin pozulması deməkdir və Minsk razılaşmalarına ziddir. ATƏT bütün üzv ölkələri kimi Rusiyada digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü tanımaq öhdəliyini götürüb. Tanıma qərarı gərginliyi daha da artıracaq və bu regionda yaşayan əhalinin öz ölkələrindən, Ukraynanın qalan hissəsindən ayıracaq", - bəyanatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31