Donetsk və Luqanskın tanınması müzakirə mövzusu ola bilməz -Qazaxıstan

Olaylar.az xarici KİV-ə istinadən xəbəbr verir ki, Qazaxıstan Donetsk və Luqanskın tanınmasının müzakirə mövzusu olmadığını açıqlayıb.

Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, Təhlükəsizlik Şurasının iclasında Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması qərarı ilə bağlı mövqeyini qiymətləndirəcəklərini ifadə edərək, "Lakin sizi əmin edə bilərəm ki, Donetsk Xalq Respublikasının tanınması və Qazaxıstan tərəfindən Luqansk Xalq Respublikasından söhbət gedə bilməz".

Qazaxıstan Nazirlər Kabinetinin həftəlik iclasından sonra jurnalistlərə açıqlama verən Tileuberdi ölkəsinin Donbasdakı hadisələrə yanaşmasını dəyərləndirib.

Qazaxıstan Təhlükəsizlik Şurasının yaxın saatlarda gündəmlə toplanacağını bildirən Tileuberdi, "Məsələ ilə bağlı rəsmi mövqe ortaya qoyulacaq. Bununla belə, sizi əmin edə bilərəm ki, Qazaxıstan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımır. Biz beynəlxalq hüquq və BMT əsasındayıq: "Biz qərar prinsipləri əsasında hərəkət edirik. Vəziyyət getdikcə pisləşir, ona görə də beynəlxalq ictimaiyyəti diplomatik yolla  həllinə çağırırıq. Qazaxıstan buna hazırdır"-deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31