Bu ölkə karantin rejimini ləğv edir

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Slovakiyada 25 noyabr 2021-ci il  tarixində koronavirus səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyəti fevralın 22-də  ləğv edib. 

Bu barədə Slovakiya televiziyası məlumat yayıb .

Slovakiyanın Səhiyyə Nazirliyi qeyd edir ki, ölkədə epidemik vəziyyət yaxşılaşır və buna görə də fövqəladə rejimə ehtiyac yoxdur.

Hakimiyyət koronavirusla əlaqədar ölkədə qüvvədə olan sosial məhdudiyyətləri, o cümlədən tibbi maska taxmaq öhdəliyini tez bir zamanda aradan qaldırmaq niyyətindədir. Beləliklə, onların əksəriyyəti fevralın 28-dən etibarən ləğv ediləcək, fevralın 16-da respublikanın baş naziri Eduard Heqer elan edib. Bundan sonra ölkədə yalnız kütləvi tədbirlərdə iştirakçıların sayına məhdudiyyətlər və tibbi maska taxmaq öhdəliyi tətbiq olunacaq. Martın sonunda kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

Pandemiya zamanı 5 milyon Slovakiyanın 1,361,039 sakini koronavirusa yoluxub. Koronavirus xəstələri arasında 18 252 ölüm qeydə alınıb. Peyvənd olunma tədbirləri 2.734.952 slovak tərəfindən tamamlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31