Donetsk vilayətində qəza baş verib: 4 ölü

Donetsk vilayətinin Liman şəhəri yaxınlığında mikroavtobus və yük maşını toqquşub, nəticədə 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, ilkin məlumata görə, "Renault" markalı mikroavtobusun sürücüsü qəza işıqları yanmış halda yolun kənarında dayanmış "MAN" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü və üç sərnişin həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31