Toydan qayıdarkən baş verən yol qəzasında 11 nəfər ölüb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalındakı Uttarxand ştatında toy mərasimindən qayıdarkən ağır yol qəzası baş verib.

Hindustan Times xəbərinə görə, polis rəsmiləri toydan qayıdan insanların getdiyi avtomobilin Sukhidhang Reetha Sahib yolu yaxınlığındakı vadiyə yuvarlandığını bildirib.

Səlahiyyətlilər qəza nəticəsində 11 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31