Rusiya Ukraynadan çıxmalıdır: Morrison
22 Fevral 2022 11:18 DünyaOlaylar.az xarici KİV-ə istinasən xəbər verir ki, Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanımaq qərarına qarşı çıxan Avstraliyanın baş naziri Scott Morrison, Rusiya geri addım atmalıdır. Öz sərhədləri arxasında qeyd-şərtsiz geri çəkilməli və qonşularını təhdid etməyi dayandırmalıdır" deyə qeyd edib.
Baş nazir Morrison Tasmaniyada keçirdiyi mətbuat konfransında Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk Respublikalarını tanımaq qərarına reaksiya verib.
"Rusiyanın qərarını qəbuledilməz, əsassız və ədalətsiz olaraq xarakterizə edən Morrison, Rusiya geri addım atmalıdır. Öz sərhədləri arxasına qeyd-şərtsiz geri çəkilməli və qonşularını təhdid etməyi dayandırmalıdır" -deyə əlavə edib.
Alınan qərarın Rusiyaya və Rusiyanı dəstəkləyən ölkələrə zərər verəcəyini ifadə edən Morrison, Onların sülhməramlı olduqları barədə danışmaları cəfəngiyyatdır. Onlar Ukraynanın suveren ərazisinə daxil olublar. Digər ölkələr Rusiyaya qarşı güclü və sərt sanksiyalar tətbiq edən kimi, möhkəm addımlarla və eyni sürətlə hərəkət edəcəyik"- o, söyləyib.
Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik şurasının iclasından qısa müddət sonra Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının Donbasda separatçıların qondarma hakimiyyətinin tanınması ilə bağlı çağırışına cavab vermək üçün televiziya ilə xalqa müraciət edib.
Çıxışında Putin Kiyev administrasiyasının Donbasda hərbi qərardan başqa heç bir qərarı tanımadığını bildirərək, deyib: "Bu kontekstdə Donetskin müstəqilliyinin tanınması ilə bağlı çox gec qərar qəbul etməyi zəruri hesab edirəm"
Putin çıxışından sonra Kreml sarayında növbə ilə qondarma Donetsk Xalq Respublikasının və qondarma Luqansk Xalq Respublikasının müstəqilliyinin tanınması haqqında fərmanı imzalayıb. İmzalanma mərasimində adıçəkilən administrasiyaların nümayəndələri də iştirak edib, Rusiya ilə qondarma separatçı administrasiyalar arasında dostluq və əməkdaşlıq müqavilələri imzalanıb.