Putin Ukraynanın separatçı bölgələrinə qoşun yeritdi

Rusiya prezidenti Vladimir Putin Moskvanın dəstəklədiyi regionların müstəqilliyinin tanınması haqqında fərmanlar imzaladıqdan bir neçə saat sonra Kremlin "sülhməramlı" missiyası adlandırdığı şərqi Ukraynanın separatçıların nəzarətində olan bölgələrinə qoşun yeritməyi əmr edib.ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar ertəsi axşam BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib ki, Putinin Moskvayönümlü bölgələri tanıması "sonrakı işğal üçün bəhanə yaratmaq cəhdi"dir.Onun sözlərinə görə, onun Rusiya qüvvələrinin bu bölgələrə "sülhməramlılar" kimi daxil olması ilə bağlı iddiası "cəfəngiyyatdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31