Vladimir Putin qondarma “DXR” və “LXR”nin tanınması haqqında fərman imzalayacağını açıqlayıb
21 Fevral 2022 23:27 DünyaRusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri telefon danışığı zamanı bildirib ki, yaxın vaxtlarda qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması haqqında fərmanı imzalamaq niyyətindədir.
"Bütün bunları nəzərə alaraq, Rusiya prezidenti yaxın vaxtlarda müvafiq fərman imzalamaq niyyətində olduğunu bildirib", - mesajda qeyd edilib.
Fransa Prezidenti və Almaniya kansleri hadisələrin belə inkişafından məyus olduqlarını bildiriblər. Eyni zamanda, onlar əlaqələri davam etdirməyə hazır olduqlarını qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31