Ukrayna BMT TŞ-yə müraciət etdi - Fövqəladə iclas

Ukrayna BMT Təhlükəsizlik Şurasına (TŞ) fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin adından Budapeşt Memorandumunun 6-cı bəndinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) üzv dövlətlərinə gərginliyi azaltmaq üçün təcili tədbirlər və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün praktiki addımlar barədə təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə BMT TŞ-yə rəsmi sorğu göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31