Rusiya 5 ukraynalı hərbçinin öldürüldüyünü açıqlayıb, Ukrayna isə təkzib edir
21 Fevral 2022 18:58 DünyaUkrayna ərazisindən bir qrup şəxs tərəfindən Rusiya Federasiyasının dövlət sərhədini pozmağa cəhd edilib.
Olaylar.az bildirir ki, bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsdə toqquşma baş verib. Nəticədə 5 ukraynalı hərbçi öldürülüb.
Rusiya Federasiyasının hərbçiləri və FTX-nin sərhəd qoşunlarından xəsarət alan olmayıb.
Ukrayna tərəfi isə Rusiyanın yaydığı bu məlumatı təkzib edərək həmin ərazidə hərbçilərinin olmadığını bəyan edib.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31