Aİ-dən Ukraynaya təcili makromaliyyə dəstəyi
21 Fevral 2022 15:34 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya təcili olaraq makromaliyyə dəstəyinin göstərilməsi təklifi qəbul edilib. Avropa İttifaqına üzv ölkələr Rusiya ilə gərginlik yaşayan Ukraynaya 1,2 milyard avro kredit ayrılmasını təsdiqləyib.
Avropa İttifaqı (Aİ) Şurası AB Komissiyasının hazırladığı və Ukraynaya təcili makromaliyyə dəstəyini ehtiva edən təklifin üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Müvafiq olaraq, Ukraynaya xarici maliyyə ehtiyaclarını ödəmək üçün iki hissədə cəmi 1,2 milyard avro kredit dəstəyi veriləcək.
Sözügedən paket keçən həftə Avropa Parlamentinin (AP) Baş Assambleyasında da təsdiqlənib.
İqtisadi böhran zamanı Aİ bilavasitə yaxınlığındakı ölkələrə makromaliyyə dəstəyi verə bilər.
Aİ maliyyə yardımı, sözügedən ölkənin bazarlardan normal olaraq ala biləcəyi kreditlərdən daha sərfəli ödəniş şərtlərini ehtiva edir.