Şimali Kiprdə yeni hökumət qurulub

Şimali Kipr Türk Respublikasında yeni hökumət qurulub. Olaylar.az xəbər verir ki, yeni hökumətə Milli Birlik Partiyasının sədri Faiz Sucuoğlu rəhbərlik edəcək.
Koalisiyada Milli Birlik Partiyası, Demokratik Partiya və "Yenidən doğuş" Partiyasının nümayəndələri yer alıblar.
Qeyd edək ki, 13 oktyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətində hökumət istefa vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31