Bu gün Rusiya Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
O bildirib ki, söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir.
Onun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim ediləcək.
Bununla belə, o, tədbirin mövzusu barədə məlumat verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31